Myanmada bərənin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub

Myanmada bərənin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub Göyərtəsində 200-dən çox adamın olduğu bərə ölkənin mərkəzi hissəsində qəzaya uğrayıb
Digər ölkələr
17 Oktyabr , 2016 10:27
Myanmada bərənin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Göyərtəsində 200-dən çox adamın olduğu bərə Myanmanın mərkəzi hissəsində qəzaya uğrayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 14 nəfər həlak olub.

İnsident Çinduin çayında, bərə Homalin şəhərindən Mounyuaya tərəf gedərkən baş verib. Qəzadan sonra 154 nəfəri xilas etmək mümkün olub. Yerli hakimiyyət nümayəndələri ölənlərin sayının yüzə çata biləcəyindən ehtiyatlanır.

Belə ki, "Eleven Myanma" qəzetinin internet versiyası bərədə 250-dən çox adamın olduğunu və 100-dən çox adamın itkin düşdüyünü xəbər verib. Mənbənin məlumatına görə, 150-170 nəfərlik bərədə 250-300 arası adam olub. Bərə sualtı maneəyə ilişərək çevrilib və batıb.

Son xəbərlər

Orphus sistemi