Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib

Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib Bu rejim 1950-ci ildə Britaniyanın müstəmləkəsindən azad olduqdan sonra tətbiq olunub
Digər ölkələr
5 Oktyabr , 2016 14:55
Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Txin Çjo qərar imzalayıb.

Qeyd edək ki, 1950-ci ildə Böyük Britaniyanın müstəmləkəsindən azad olduqdan sonra Myanmada (o vaxtlar Birma adlanırdı) fövqəladə vəziyyət rejimi tətbiq edilib. Həmin rejimə əsasən, dövlətə xəyanət edənlər edam olunurdu, cəmiyyətin mənəviyyatını pozan yanlış informasiya yayanlar isə uzun müddətə azadlıqdan məhrum edilirdi.

Xatırladaq ki, 2015-ci ildə parlament seçkilərində qalib gəlmiş Demokratiya uğrunda Milli Liqanın nümayəndəsi Txin Çjo 2016-cı il martın 30-dan ölkənin prezidentidir. 

Son xəbərlər

Orphus sistemi