Myanmada 6,8 bal güncündə zəlzələ baş verib

Myanmada 6,8 bal güncündə zəlzələ baş verib Yeraltı təkanlar ölkənin böyük şəhəri Yanqonda, eləcə də Banqladeşin paytaxtı Dəkkədə də hiss olunub
Digər ölkələr
24 Avqust , 2016 15:35
Myanmada 6,8 bal güncündə zəlzələ baş verib

Bakı. 24 avqust. REPORT.AZ/ Myanmanın (Birma) mərkəzində 6,8 bal gücündə zəlzələ baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

İnformasiyaya görə, zəlzələnin episentri ölkənin Mandalay vilayətinin Metxil şəhərindən 143 km qərbdə yerləşib.

Yeraltı təkanlar Myanmanın böyük şəhəri Yanqonda, eləcə də Banqladeşin paytaxtı Dəkkədə hiss olunub.

Dağıntı və itkilər barədə məlumat verilməyib. 

Son xəbərlər

Orphus sistemi