Musson yağışları Malayziyada və Tailandda genişmiqyaslı daşqınlara səbəb olub

Musson yağışları Malayziyada və Tailandda genişmiqyaslı daşqınlara səbəb olub Təxliyə olunanların sayı 160 minə çatıb
Digər ölkələr
28 Dekabr , 2014 11:20
Musson yağışları Malayziyada və Tailandda genişmiqyaslı daşqınlara səbəb olub
Bakı. 28 dekabr. REPORT.AZ/ Malayziyada və Tailandda aramsız musson yağışları nəticəsində yaranan genişmiqyaslı daşqınlara görə on minlərlə insan doğma evlərini tərk etməyə məcbur olub.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, Malayziyanın yerli hökumət orqanlarının yaydığı məlumata əsasən, təxliyə olunanların sayı 160 minə çatıb.

Xilasedicilər helikopterlər və katerlərlə insanları xilas etməyə, yolların bağlandığı, elektrik enerjisinin və suyun kəsildiyi rayonlara yardımları çatdırmağa çalışırlar.

Tailandın hakimiyyət orqanları bildirirlər ki, təbii fəlakət 13 nəfərin ölümünə səbəb olub. Səkkiz mindən çox insan isə təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi