“Müsəlman qardaşlar”ın dörd lideri barəsində ölum hökmü çıxarılıb

“Müsəlman qardaşlar”ın dörd lideri barəsində ölum hökmü çıxarılıb Hərəkatın dini rəhbəri Məhəmməd Badia ömürlük həbs cəzası alıb
Digər ölkələr
28 Fevral , 2015 20:29
“Müsəlman qardaşlar”ın dörd lideri barəsində ölum hökmü çıxarılıb

Bakı. 28 Fevral. REPORT.AZ/ Qahirə Cinayət Məhkəməsi Misirdə qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatının dörd lideri barəsində ölüm cəzası, 14-ü barəsində ömürlük həbs cəzası kəsib.

"Report"un AzərTAc-a istinadən verdiyi xəbərə görə, onlar 2013-cü ildə Qahirədə “Müsəlman qardaşlar”ın baş qərargahı qarşısında baş vermiş qanlı hadisələrə aidiyyəti olmaqda ittiham ediliblər. O vaxt ölkənin sabiq prezidenti Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında toqquşma nəticəsində 9 nəfər həlak olub, 90-dan çox adam yaralanıb.

“Müsəlman qardaşlar”ın dini rəhbəri Məhəmməd Badia, onun müavini Heyrət əş-Şater və hərəkatın başqa yüksək vəzifəli üzvləri ömürlük həbs cəzası alıblar.

Son xəbərlər

Orphus sistemi