“Müsəlman qardaşlar”ın dini rəhbəri barədə ölüm hökmü ləğv edilib

“Müsəlman qardaşlar”ın dini rəhbəri barədə ölüm hökmü ləğv edilib Misir Kassasiya Məhkəməsi "Müsəlman qardaşlar"ın apellyasiyasını təmin edib
Digər ölkələr
3 Dekabr , 2015 21:45
“Müsəlman qardaşlar”ın dini rəhbəri barədə ölüm hökmü ləğv edilib

Bakı. 3 dekabr. REPORT.AZ/ Misir Kassasiya Məhkəməsi "Müsəlman qardaşlar" təşkilatının üzvlərinin barələrindəki hökmdən verdiyi apellyasiya şikayətini təmin edib. "Report" TASS-a istinadən xəbər verir ki, Kassasiya Məhkəməsi işi yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə geri göndərib.

Ümumilikdə, hakimlər Misirdə fəaliyyəti qadağan edilmiş “Müsəlman qardaşlar” təşkilatının dini rəhbəri Məhəmməd Badia da daxil olmaqla, 13 ölüm hökmünü, eyni zamanda, 25 fəalın ömürlük həbs cəzası barədə qərarı ləğv edib.

Xatırladaq ki, "Müsəlman qardaşlar"ın üzvləri və fəalları dövlət çevrilişinə görə tutulub, təşkilatın özünün fəaliyyəti isə dayandırılıb.

Son xəbərlər

Orphus sistemi