Bakı. 3 fevral. REPORT.AZ/ Misirin Apellyasiya Məhkəməsi devrilmiş prezident Məhəmməd Mursinin 149 tərəfdarı barədə çıxarılan ölüm hökmünü ləğv edib.
"Report" xəbər verir ki, bu haqda "Sky News Arabia" telekanalı məlumat yayıb.
Məlumata görə, həmin 149 nəfərlə bağlı təkrar məhkəmə prosesi yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, onlar 2013-cü ilin yayında Misirdə iğtişaş yaratmaqda ittiham edilirdi.