​Münhendə dəmiryol vağzalı və ticarət mərkəzi terror təhlükəsi ilə əlaqədar təxliyə olunub

​Münhendə dəmiryol vağzalı və ticarət mərkəzi terror təhlükəsi ilə əlaqədar təxliyə olunub Polisə zəng etmiş şəxs ticarət mərkəzində partlayıcı qurğunun olduğunu bildirib
Digər ölkələr
30 İyul , 2016 21:18
​Münhendə dəmiryol vağzalı və ticarət mərkəzi terror təhlükəsi ilə əlaqədar təxliyə olunub

Bakı. 30 iyul. REPORT.AZ/ Almaniya polisi "Münhen-Pazinq" dəmiryol stansiyasının vağzalını və "Arkad" ticarət mərkəzini terror təhlükəsi haqda məlumatla bağlı təxliyə edib.

"Report" xəbər verir ki, bu barədə "Bayerischer Rundfunk" radiostansiyası məlumat yayıb.

Məlumata görə, polisə zəng etmiş NAMƏLUM şəxs ticarət mərkəzində partlayıcı qurğunun olduğunu bildirib və bundan sonra dəstəyi asıb.

"Söhbət təhlükəsizlik tədbirlərindən gedir" – deyə polis nümayəndəsi bildirib.

Son xəbərlər

Orphus sistemi