​Müharibədən ən çox uşaqlar əziyyət çəkir

​Müharibədən ən çox uşaqlar əziyyət çəkir Suriyada bu günə qədər 1,6 milyon uşaq hələ də təhsilini davam etdirə bilmir
Digər ölkələr
24 Yanvar , 2015 17:09
​Müharibədən ən çox uşaqlar əziyyət çəkir

Bakı. 24 yanvar. REPORT.AZ/ Suriyada baş verən qarşıdurmalardan ən çox əziyyət çəkən uşaqlar olub. Hadisələr nəticəsində minlərlə uşaq dünyasını dəyişib, bir milyondan çox uşaq isə təhsilsiz qalıb. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Suriyadakı məktəblərin əksəriyyəti Əsəd rejiminin qurbanı olub. YUNİCEF-in bu barədə yaydığı hesabata görə, Suriyada bu günə qədər 1,6 milyon uşaq hələ də təhsilini davam etdirə bilmir. Təkcə keçən il Suriyada 68 məktəbə edilən hücumda 160 uşaq həyatını itirib, 343 nəfəri isə yaralanıb. 

Son xəbərlər

Orphus sistemi