Rusiyanın qırıcı təyyarəsi qəzaya uğrayıb, bir pilot ölüb - YENİLƏNİB-2

Rusiyanın qırıcı təyyarəsi qəzaya uğrayıb, bir pilot ölüb - YENİLƏNİB-2 Rusiya Müdafiə Nazirliyi Su-27 qırıcı təyyarəsinin qəzaya uğradığını təsdiqləyib
Digər ölkələr
9 İyun , 2016 13:30
Rusiyanın qırıcı təyyarəsi qəzaya uğrayıb, bir pilot ölüb - YENİLƏNİB-2

Bakı. 9 iyun. REPORT.AZ/ Rusiya Müdafiə Nazirliyi Moskva vilayətində təyyarənin qəzaya uğraması xəbərini təsdiqləyib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qəzaya uğrayan MiQ-29 deyil, Su-27 qırıcı təyyarəsidir. 

Hadisə nəticəsində pilot həlak olub, onun cəsədi partlayan təyyarənin yaxınlığında tapılıb.

Hazırda Rusiya Müdafiə Nazirliyində yaradılmış komissiya qəza yerində araşdırma aparır.  

*** 12:04

Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün səhər Moskva vilayətinin Puşkin rayonunda MiQ-29 çoxməqsədli qırıcı təyyarə qəzaya uğrayıb. Pilotların taleyi aydınlaşdırılır. 

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

"MiQ-29 Moskva vilayəti Puşkin rayonu Muranovo kəndinin yaxınlığında qəzaya uğrayıb. İki pilotun taleyi məlum deyil. Yerdə xəsarət alan yoxdur", - fövqəladə xidmətlərdə agentlik əməkdaşı bildirib. 

Son xəbərlər

Orphus sistemi