Moqerini: "Suriya münaqişəsinin həllinə dair təkliflər yaxın vaxtlarda gündəmə gələ bilər"

Moqerini: "Suriya münaqişəsinin həllinə dair təkliflər yaxın vaxtlarda gündəmə gələ bilər" Aİ rəsmisi Suriya mövzusunu şərh edib
Digər ölkələr
30 Sentyabr , 2015 01:31
Moqerini: Suriya münaqişəsinin həllinə dair təkliflər yaxın vaxtlarda gündəmə gələ bilər

Bakı. 30 sentyabr. REPORT.AZ/ Suriya münaqişəsinin həllinə dair yeni təkliflər yaxın bir neçə həftə ərzində gündəmə gələ bilər. “Report”un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini səsləndirib.

Onun sözlərinə görə, problemin həllinə iki prizmadan baxılmalıdır: terrorçularla mübarizə və siyasi nizamlama.

Moqerini həmçinin bildirib ki, Aİ ölkələri Suriya münaqişəsinin həlli və bu ölkədən qaçan insanların problemlərinin həlli məqsədi ilə 10 milyard dollar həcmində vəsait ayırıb.

Son xəbərlər

Orphus sistemi