Monteneqro NATO-ya üzvlüklə bağlı dəvət məktubu alıb

Monteneqro NATO-ya üzvlüklə bağlı dəvət məktubu alıb Podqoritsanın təşkilata daxil olmasına dair protokol imzalanacaq
Digər ölkələr
23 Dekabr , 2015 07:24
Monteneqro NATO-ya üzvlüklə bağlı dəvət məktubu alıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Monteneqro baş nazirinin müavini, Xarici İşlər və Avropaya İnteqrasiya Naziri İqor Lukşiç NATO-nun baş katibi Yens Stoltenberqdən Alyansa üzvlük prosesinini başlaması ilə əlaqədar dəvət məktubu alıb. "Report"un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Monteneqronun xarici işlər nazirliyi məlumat yayıb.

Nazirlikdə qeyd ediblər ki, bir neçə ay davam edəcək danışıqlar prosesindən sonra NATO-ya üzv dövlətlər rəsmi Podqoritsanın təşkilata daxil olmasına dair protokolu imzalayacaq. Beləliklə, Monteneqro NATO-nun bütün tədbirlərində iştirak hüququnu əldə edəcək.

Daha sonra isə üzv dövlətlər sözü gedən protokolu ratifikasiya etməlidir. 

Son xəbərlər

Orphus sistemi