Moldovanın sabiq Baş naziri korrupsiya ittihamı ilə 72 saatlığına saxlanılıb

Moldovanın sabiq Baş naziri korrupsiya ittihamı ilə 72 saatlığına saxlanılıb Korrupsiyada ittiham olunan Vladimir Filat yaxın günlərdə məhkəməyə çıxarılacaq.
Digər ölkələr
15 Oktyabr , 2015 21:04
Moldovanın sabiq Baş naziri korrupsiya ittihamı ilə 72 saatlığına saxlanılıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Moldovanın sabiq Baş naziri Vladimir Filat Korrupsiya ilə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən 72 saatlığına saxlanılıb.

"Report"un "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, Baş prokurorluğun razılığı əsasında təcridxanaya yerləşdirilən sabiq hökümət başçısı yaxın günlərdə məhkəməyə çıxarılacaq.

Korrupsiya əməllərində ittiham olunan Vladimir Filatın Moldovanın bank sistemindən külli miqdarda vəsaiti xaricə köçürdüyü iddia edilir.

Son xəbərlər

Orphus sistemi