Moldovada prezident seçkilərinə rəsmən start verilib

Moldovada prezident seçkilərinə rəsmən start verilib Artıq ilk gündə 7-yə yaxın partiya vahid namizədini qeydiyyatdan keçirib
Digər ölkələr
31 Avqust , 2016 13:56
Moldovada prezident seçkilərinə rəsmən start verilib

Kişinyov, 31 avqust. REPORT.AZ/ Oktyabrın 30-da Moldovada keçiriləcək prezident seçkilərinə bu gündən etibarən rəsmən start verilib. “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, ölkə prezidentliyinə namizədlərin və onların dəstəklənməsi məqsədilə imza toplayan təşəbbüs qruplarının qeydiyyatı prosesinə başlanılıb. Artıq ilk gündə 7-yə yaxın partiya vahid namizədini qeydiyyatdan keçirib.

Sentyabrın 30-dək təşəbbüs qrupları prezidentliyə namizədlərin imza vərəqələrini Moldova Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər. Daha sonra isə bir ay müddətində namizədə seçkiqabağı təşviqat kampaniyasını aparmaq üçün vaxt ayrılacaq.

Ötən həftə MSK oktyabrın 30-da ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək hüququna malik partiyaların siyahısını təsdiqləyib. Prezident seçkilərində namizəd irəli sürəcək partiyaların sayı 45-dir. Moldovada Seçicilərin Elektron Reyestrində qeydiyyatdan keçən səsvermə hüququna malik vətəndaşların ümumi sayı isə 3,2 milyon nəfərdir. 

Son xəbərlər

Orphus sistemi