​Moldovada 10 mindən çox insan hökumət əleyhinə mitinqə çıxıb

​Moldovada 10 mindən çox insan hökumət əleyhinə mitinqə çıxıb Mitinq dinc şəraitdə keçib
Digər ölkələr
7 İyun , 2015 20:50
​Moldovada 10 mindən çox insan hökumət əleyhinə mitinqə çıxıb

Bakı. 7 İyun. REPORT.AZ/ Moldovada “Ləyaqət və Ədalət” vətəndaş platformasının hakim koalisiya liderlərinin istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı 10 mindən çox insan Kişinyov küçələrinə çıxıb.

“Report” TASS-a istinadən xəbər verir ki, mitinqin yekununda Avropayönlü koalisiya əleyhinə qəbul edilən qətnamədə beynəlxalq tərəfdaşlar tərəfindən ölkəyə olan etimadın itirilməsinə gətirib çıxaran siyasi iradənin yoxluğundan danışılır.

Polisin məlumatına görə, bəzi hallarda nümayişçiləri canlı sədd vasitəsi ilə bir-birindən ayırmaq zərurətinin yaranmasına baxmayaraq mitinq dinc şəraitdə keçib.

Son xəbərlər

Orphus sistemi