​Moldova parlamenti qarşısında etirazçılarla polis arasında toqquşma baş verib

​Moldova parlamenti qarşısında etirazçılarla polis arasında toqquşma baş verib Nümayişçilərin bir qismi polis kordonunu yararaq binaya daxil olmağa cəhd göstərib
Digər ölkələr
20 Yanvar , 2016 20:09
​Moldova parlamenti qarşısında etirazçılarla polis arasında toqquşma baş verib

Bakı. 20 yanvar. REPORT.AZ/ Baş nazir Pavel Filipin yeni hökumətini təsdiq edən Moldova parlamenti qarşısında binanı mühafizə edən xüsusi təyinatlı polis dəstələri ilə etirazçılar arasında toqquşma baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, nümayişçilərin bir qismi kordonu yararaq binaya daxil olmağa cəhd göstərsələr də, polis dəstələri onların qarşısını alıb.

"Dostoinstvo i pravda" vətəndaş platformasının (DA - "Ləyaqət və həqiqət") liderlərindən biri olan Adrian Nestase nümayişçiləri parlamenti mühasirəyə almağa və deputatların binadan çıxmasına imkan verməməyə çağırıb. O "vandalizm hərəkətləri" etməməyə çağırsa da, etirazçılar polisə hücum edirlər. Nümayişçilər "Oğrular", "Rədd olun" kimi şüarlar səsləndirirlər. Onlar parlamenti hökumətin təsdiqi barədə qərarı ləğv etməyə çağırırlar.

Son xəbərlər

Orphus sistemi