Mogerini: Terror aktları Avropa ilə ərəb dövlətləri arasındakı əlaqələrə xələl gətirə bilməz

Mogerini: Terror aktları Avropa ilə ərəb dövlətləri arasındakı əlaqələrə xələl gətirə bilməz "İslam həm də Avropanın dəyəridir. Bizim dəyərlərimiz isə ərəb ölkələrinə məxsusdur. Bizim üçün əsl vacib olan - birlikdir"
Digər ölkələr
26 İyun , 2015 18:58
Mogerini: Terror aktları Avropa ilə ərəb dövlətləri arasındakı əlaqələrə xələl gətirə bilməz

Bakı. 26 İyun. REPORT.AZ/ Son terror aktları Avropa İttifaqı (Aİ) ilə ərəb dövlətləri arasındakı əlaqələrə xələl gətirə bilməz. Əskinə, bu hadisələr bizləri daha da yaxınlaşmağa vadar edir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Aİ təhlükəsizlik və xarici siyasət üzrə komissarı Federika Mogerini deyib.

Onun sözlərinə görə, heç bir din xalqlar və dövlətlər arasında problemlərə səbəb ola bilməz. "İslam dini həm də Avropanın dəyəridir. Bizim dəyərlərimiz isə ərəb ölkələrinə məxsusdur. Əsl vacib olan - birlikdir", - deyə Mogerini vurğulayıb.

Qeyd edək ki, bu gün Tunisdə və Küveytdə törədilən terror aktları nəticəsində onlarla insan həlak olub.

Son xəbərlər

Orphus sistemi