MKİ-nin hərbi psixoloqları məhkəmə qarşısına çıxarılacaq

MKİ-nin hərbi psixoloqları məhkəmə qarşısına çıxarılacaq Bu, ABŞ-da MKİ-nin işgəncələrinə qarşı qaldırılmış faktiki olaraq ilk iddiadır
Digər ölkələr
23 Aprel , 2016 10:32
MKİ-nin hərbi psixoloqları məhkəmə qarşısına çıxarılacaq

Bakı. 23 aprel. REPORT.AZ/ ABŞ Federal Məhkəməsi kiçik Corc Buşun prezidentliyi dövründə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) üçün işgəncə sistemləri işləyib hazırlayan iki sabiq hərbi psixoloqa qarşı iddianın baxılması prosesinə start verib.

"Report" BBC-yə istinadən xəbər verir ki, məhkəməyə Amerika Vətəndaş Azadlıqları Birliyi qeyri-kommersiya təşkilatı iddiayla müraciət edib. Təşkilatın məlumatlarına görə, onlar MKİ-nin işgəncə verdiyi 3 nəfəri təmsil edir. İddiaya görə, 2000-ci illərdə saxlanılan Somali, Liviya və Əfqanıstan vətəndaşları işgəncəyə məruz qalıb. Sonradan onlardan biri işgəncələr nəticəsində yaranan hipotermiya səbəbindən Əfqanıstanda vəfat edib. Hərçənd saxlanılan 3 şəxsin heç birinə qarşı rəsmi ittiham irəli sürülməmişdi.

Bu, ABŞ-da MKİ-nin işgəncələrinə qarşı qaldırılmış faktiki olaraq ilk iddiadır. Birliyin iddialarına görə, əvvəllər belə iddialar ABŞ-ın təhlükəsizliyi və maraqlarını qorumaq üçün məhkəmə tərəfindən qəbul edilmirdi. Hazırkı iddia bir sıra gizli məlumatların istifadəsini zəruri edir. Tərəflərə dinləmələr zamanı bu informasiya ilə nə etməli olduqlarına qərar vermələri üçün vaxt verilib.

Birliyin iddiasına görə, Ceyms Mitçell və Brüs Cessen adlı psixoloqlar MKİ-ni işgəncələri rəsmi siyasət kimi istifadə etməyə inandırıb. Onların işləyib hazırladığı proqram aclıq, döyülmə, yuxusuzluq və su şırnağı altında saxlanma işgəncəsini nəzərdə tutur. Bu metodlar məhbusların iradəsini qırmalı idi.

Son xəbərlər

Orphus sistemi