Mixeil Saakaşvili Odessada fövqəladə vəziyyət elan edib

Mixeil Saakaşvili Odessada fövqəladə vəziyyət elan edib Güclü külək səbəbindən ağacların və elektrik xətlərinin qırılması üç nəfərin ölümünə səbəb olub
Digər ölkələr
13 Oktyabr , 2016 11:32
Mixeil Saakaşvili Odessada fövqəladə vəziyyət elan edib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili qasırğa səbəbiylə regionda fövqəladə vəziyyət elan edib.

"Report" xəbər verir ki, o, bu barədə "Facebook"dakı səhifəsində yazıb.

Güclü külək səbəbindən ağacların və elektrik xətlərinin qırılması üç nəfərin, o cümlədən 11 yaşlı uşağın ölümünə səbəb olub. 100-dən çox yaşayış məntəqəsi elektrik enerji olmadan qalıb. Vilayət administrasiyası yanında fövqəladə vəziyyət üzrə qərargah fəaliyyət göstərir. Məktəblərdə dərsləri ləğv etməyi, təbii fəlakətin təsir etdiyi bütün rayonlardakı dövlət müəssisələrində işə gəlişi məhdudlaşdırmağı tövsiyə edirik. Yalnız fövqəladə hallar üzrə xidmətin əməkdaşları və rayonların həyat fəaliyyətyini təmin edən vətəndaşların işləməsi məsləhətdir", - M.Saakaşvili yazıb.

O, həmçinin küləyin sürəti aşağı düşənə qədər vətəndaşları evdən çıxmamağa çağırıb.

Son xəbərlər

Orphus sistemi