​Misirin sabiq prezidenti Hüsnü Mübarəkin oğulları azadlığa buraxılıb

​Misirin sabiq prezidenti Hüsnü Mübarəkin oğulları azadlığa buraxılıb Qardaşların dəmir barmaqlar arxasında qaldıqları müddət onların cəza çəkəcəkləri vaxtı üstələyib
Digər ölkələr
12 Oktyabr , 2015 20:40
​Misirin sabiq prezidenti Hüsnü Mübarəkin oğulları azadlığa buraxılıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Misir məhkəməsi maliyyə fırıldağında təqsirli bilinən ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin iki oğlu barədə qərar qəbul edib.

"Report"un BBC-yə istinadən xəbər verir ki, Qahirə Cinayət Məhkəməsinin qərarına əsasən, Əlaa və Hamal Mübarək qardaşlarının dəmir barmaqlar arxasında keçirdikləri müddət onların cəza çəkəcəkləri vaxtı üstələyib.

2011-ci ildə devrilmiş keçmiş prezidentin hər iki oğlu atalarından dərhal sonra maliyyə fırıldağında ittiham olunaraq həbs ediliblər.

Bu ilin may ayında onlar üç il müddətinə azadlıqdan məhrum edilib.  

Son xəbərlər

Orphus sistemi