​Misirin paytaxtında iğtişaşlar başlayıb

​Misirin paytaxtında iğtişaşlar başlayıb 15 nəfər saxlanılıb
Digər ölkələr
21 Aprel , 2015 23:01
​Misirin paytaxtında iğtişaşlar başlayıb

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün Misirin paytaxtı Qahirənin bir sıra rayonlarında ölkənin sabiq prezidenti Məhəmməd Mursi tərəfdarları ilə yerli polis arasında toqquşmalar başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, daxil olan məlumata görə, ən amansız toqquşma təqribən 150 islamçının sabiq prezident haqqında çıxarılan məhkəmə hökmünə etiraz əlaməti olaraq aksiya keçirdiyi paytaxtın Əl-Mənsuriyyə qəsəbəsində qeydə alınıb.

Hadisə yerinə gələn qanun keşikçiləri aksiya iştirakçılarını dağıtmaq istəyib. Lakin gözyaşardıcı qaz tətbiq olunan zaman kütlənin içərisindən polisə atəş açılıb. Qırma tüfəngindən açılan atəş nəticəsində bir polis yaralanıb, iğtişaş səbəbkarlarından 15 nəfər saxlanılıb.

Mursi tərəfdarları paytaxtın dairəvi yolunu bağlayıblar. Onlar hazırda Əlf-Məskən və Qisr-Suis adlı şərq məhəllələrinə toplaşaraq təkər yandırır və avtomobillərin hərəkətinə maneəçilik törədirlər.

Son xəbərlər

Orphus sistemi