Misir məhkəməsi Hüsnü Mübarəkə və oğlanlarına yeni hökm oxuyub

Misir məhkəməsi Hüsnü Mübarəkə və oğlanlarına yeni hökm oxuyub Keçmiş prezident və iki oğlu prezident sarayının təmirinə ayrılmış 18 milyon dollara yaxın dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar
Digər ölkələr
9 May , 2015 16:24
Misir məhkəməsi Hüsnü Mübarəkə və oğlanlarına yeni hökm oxuyub

Bakı. 9 may. REPORT.AZ/ Misir məhkəməsi ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin və iki oğlunun korrupsiya ittihamı ilə bağlı işinə yenidən baxaraq, onların 3 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

İstintaq materiallarına əsasən, Hüsnü Mübarək və iki oğlu prezident sarayının təmirinə ayrılmış 18 milyon dollara yaxın dövlət əmlakını mənimsəyiblər.

Bu cinayət işinə "saray işi" adı verilib.

Qeyd edək ki, ötən ilin mayında "saray işi" üzrə keçmiş prezidentə 3 il həbs kəsilmişdi. O, bu müddəti ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli idi. Oğlanlarına isə 4 il həbs cəzası kəsilmişdi. Ancaq sonra bu hökm ləğv edilərək, işə yenidən baxılması üçün məhkəməyə göndərilmişdi.  

Son xəbərlər

Orphus sistemi