​Misirin keçmiş prezidenitnin məhkəməsi təxirə salınıb

​Misirin keçmiş prezidenitnin məhkəməsi təxirə salınıb Bu cinayət işinə "saray işi" adı verilib
Digər ölkələr
5 Noyabr , 2015 13:22
​Misirin keçmiş prezidenitnin məhkəməsi təxirə salınıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Misir Kassasiya Məhkəməsi keçmiş prezident Hüsnü Mübarəkin işi ilə bağlı prosesi təxirə salıb.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Məlumata görə, məhkəmə iclası 2016-cı il yanvarın 21-də keçiriləcək. Bu haqda qərar noyabrın 5-dəki dinləmədə elan olunub.

Qeyd edək ki, mayın 9-da Misir məhkəməsi ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin və iki oğlunun korrupsiya ittihamı ilə bağlı işinə yenidən baxaraq, onların 3 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarmışdı. Onlar prezident sarayının təmirinə ayrılmış 18 milyon dollara yaxın dövlət əmlakını mənimsəməkdə ittiham olunmuşdu. Bu cinayət işinə "saray işi" adı verilib.

Son xəbərlər

Orphus sistemi