Misirdə terror aktı nəticəsində 13 polis əməkdaşı ölüb

Misirdə terror aktı nəticəsində 13 polis əməkdaşı ölüb Terror aktını İŞİD terrorçuları törədib
Digər ölkələr
20 Mart , 2016 02:25
Misirdə terror aktı nəticəsində 13 polis əməkdaşı ölüb

Bakı. 20 mart. REPORT.AZ/ Martın 19-da Misirin Sinay yarımadasının Əl-Erişa qəsəbəsində polis postu yaxınlığında bombanın partlaması nəticəsində 13 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Əl-Arabiya” agentliyi məlumat yayıb.

“Misirin Erişa qəsəbəsində təhlükəsizlik qüvvələrinə hücumdan sonra 13 nəfər həyatını itirib”, – deyə məlumatda bildirilir.

Agentlik qeyd edir ki, terror aktını İŞİD terrorçuları törədib.

Son xəbərlər

Orphus sistemi