​Misirdə Suveyş kanalını minalayan 13 terrorçu həbs edilib

​Misirdə Suveyş kanalını minalayan 13 terrorçu həbs edilib Onların sırasında kanal administrasiyasının əməkdaşı da olub
Digər ölkələr
6 İyul , 2015 22:38
​Misirdə Suveyş kanalını minalayan 13 terrorçu həbs edilib

Bakı. 6 İyul. REPORT.AZ/ Misirdə, istintaqın fərziyyəsinə görə, Suveyş kanalının bağlanması məqsədi ilə terror aktı törətmək niyyətində olan "Müsəlman qardaşlar" təşkilatının üzvləri həbs olunub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, terror qrupunun tərkibinə 13 nəfər, eləcə də, kanal administrasiyasının əməkdaşı daxil olub.

Şübhəli şəxslərin bir qismi həbs olunub, digərlərinin axtarışı davam edir. Terrorçular Suveyş kanalının təmizləyici qurğu və elektrik təchizatı sistemlərinə bomba qoymağa macal tapıblar, həmçinin sahil əraziyə bir neçə partlayıcı qurğu basdırıblar.

Son xəbərlər

Orphus sistemi