Misirdə sərnişin qatarında və metroda partlayışlar baş verib

Misirdə sərnişin qatarında və metroda partlayışlar baş verib İki polis əməkdaşı həlak olub, ən az 15 nəfər yaralanıb
Digər ölkələr
6 Noyabr , 2014 06:02

Bakı. 6 Noyabr. REPORT.AZ/ Misirdə sərnişin qatarında baş verən partlayış nəticəsində 2 polis əməkdaşı həlak olub, daha 12 nəfər yaralanıb.

"Report"un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, əldəqayırma partlayıcı qurğu dünən axşam Minufiyə əyaləti ərazisində işə salınıb. Partlayış əşyaya baxış zamanı baş verib.

Başqa bir partlayış isə Qahirə metrosunun Əl-Marc stansiyasında baş verib. Ən az 3 nəfərin yaralandığı bildirilir.

Son xəbərlər

Orphus sistemi