Misirdə sel 11 nəfərin həyatına son qoyub

Misirdə sel 11 nəfərin həyatına son qoyub Fəlakət ölkənin şimalını əhatə edib
Digər ölkələr
4 Noyabr , 2015 20:53
Misirdə sel 11 nəfərin həyatına son qoyub

Bakı. 4 noyabr. REPORT.AZ/ Ötən gün Misirdə güclü yağışların törətdiyi sel nəticəsində 11 nəfər həyatını itirib. 

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, Qahirədən şimalda yerləşən Buheyr vilayətinin Vadi ən-Natrun rayonunda 8 nəfər boğulub. Onların evlərini qəfildən su basıb və sakinlər xilas ola bilməyiblər. Daha 3 nəfər elektrik cərəyanının qurbanı olub.

Ölkənin şimal paytaxtı İsgəndəriyyə şəhəri də güclü yağıntılar nəticəsində su altında qalıb. Şəhərdəki vəziyyət getdikcə gərginləşir. Bir neçə rayonda elektrik naqillərinin partlaması nəticəsində yarımstansiyalarda yanğın baş verib və ətraf ərazilər işıqsız qalıb.

Son xəbərlər

Orphus sistemi