Misirdə qəzaya uğramış Rusiyaya məxsus təyyarədə ölənlərin siyahısı açıqlanıb

Misirdə qəzaya uğramış Rusiyaya məxsus təyyarədə ölənlərin siyahısı açıqlanıb Onlardan 214 nəfəri Rusiya, 3-ü Ukrayna və 1-i Belarus vətəndaşıdır
Digər ölkələr
31 Oktyabr , 2015 17:45
Misirdə qəzaya uğramış Rusiyaya məxsus təyyarədə ölənlərin siyahısı açıqlanıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Misirdə qəzaya uğramış Rusiyaya məxsus təyyarədə ölənlərin siyahısı açıqlanıb.

"Report"un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, onlardan 214 nəfəri Rusiya, 3-ü Ukrayna və 1-i Belarus vətəndaşıdır.

Bundan əlavə, “Airbus-321” təyyarəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Flightradar24.com internet-portalının məlumatına görə, 7K 9268 reysi ilə Şarm-əl-Şeyx aeroportundan Pulkovo hava limanına istiqamət götürən təyyarə ümumdünya koordinasiya olunmuş vaxtla 03:51-də havaya qalxıb. Təyyarənin transponderi uçuş parametrləri barədə siqnalı dayandırdıqdan əvvəl laynerin sürəti kəskin surətdə azalıb və saatda 748 kilometrdən 172 kilometrə, uçuş hündürlüyü isə 10 210 metrdən 8649 metrə enib. Radardan itən zaman təyyarə ölkənin ən qaynar xətti sayılan Şimali Sinay ərazisində yerləşən Nəhl şəhərinin təxminən 60 kilometrliyində - İsraildən 50, Qəzza sektorundan isə 120 kilometr aralıda olub.

Misir ordusu Daxili İşlər Nazirliyi ilə birgə artıq iki ildir ki, həmin ərazidə hərbi əməliyyatlar aparır. Yarımadanın şimalında fövqəladə vəziyyət rejimi və komendant saatı elan edilib.

“Koqalımavia” aviakompaniyasına məxsus A321 təyyarəsi ilk uçuşunu 18 il bundan əvvəl – 1997-ci il mayın 9-da həyata keçirib. Əvvəlcə Livanın MEA, Türkiyənin “Onur Air” və Səudiyyə Ərəbistanının “Saudi Arabian Airlines” aviakompaniyaları tərəfindən istismar olunan təyyarə 2012-ci ilin aprel ayında “Koqalımavia” şirkətinin balansına keçib.

Sinay yarımadasında qəzaya uğrayan laynerin bütün heyətinin peşəkar səviyyədə hazırlandığını deyən “Koqalımavia” kompaniyasının nümayəndəsinin sözlərinə görə, təyyarənin komandiri Valeri Nemov və ikinci pilot böyük uçuş təcrübəsinə malik idi.

Qeyd edək ki, Misirin Şarm əl-Şeyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə hərəkət edən "Metrojet" (keçmiş adı "Koqalımavia") aviaşirkətinə məxsus "Airbus A-321" sərnişin təyyarəsi Sinay yarımadasının şimal-şərqində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 7-si ekipaj üzvü olmaqla, 224 nəfər olub, onlardan 17-si uşaqdır. Onlardan həmçinin 63 nəfəri kişi, 138-i qadındır. Radarlardan itən vaxt 1.8 km sürətlə enməkdə olan təyyarənin mühərrikində texniki bir nasazlıq olduğu ehtimal edilir.

Xatırladaq ki, Rusiya uçuş təhlükəsizliyi reytinqində dünyada ən pis göstəricisi olan ölkədir. Rusiya aviaşirkətlərinin təyyarələrində baş verən qəzaların sayı dünya üzrə orta göstəricidən üç dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi