Misirdə Qətərə casusluqda təqsirləndirilən 6 nəfərə ölüm hökmü çıxarılıb

Misirdə Qətərə casusluqda təqsirləndirilən 6 nəfərə ölüm hökmü çıxarılıb Onların işi təsdiq üçün Misir ali müftisinə veriləcək
Digər ölkələr
7 May , 2016 14:42
Misirdə Qətərə casusluqda təqsirləndirilən 6 nəfərə ölüm hökmü çıxarılıb

Bakı. 7 may. REPORT.AZ/ Bu gün Misirdə qadağan edilmiş "Müsəlman qardaşları"nın 6 sabiq nümayəndəsi barəsində Qətərə casusluq etdiklərinə görə Qahirə Cinayət Məhkəməsi tərəfindən ölüm hökmü çıxarılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, onların işi təsdiq üçün Misir ali müftisinə veriləcək.

Məhkəmə bu iş üzrə əsas təqsirləndirilən şəxsin - Misirin sabiq prezidenti Məhəmməd Mursinin və mühakimə olunan daha 4 nəfərin yekun hökmünü iyunun 18-dək ertələyib.

Son xəbərlər

Orphus sistemi