​Misirdə partlayışda ölənlərin sayı 42-yə çatıb

​Misirdə partlayışda ölənlərin sayı 42-yə çatıb İsrail-Misir savaşından qalma minanın partlaması nəticəsində bir uşaq ölüb, 3 uşaq isə yaralanıb
Digər ölkələr
30 Yanvar , 2015 10:00
​Misirdə partlayışda ölənlərin sayı 42-yə çatıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Misirin Sinay yarımadasının şimalında yerləşən əl-Ariş rayonunda baş verən üç partlayış nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

"Report" "əl-Cəzir"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında atışma da olub.

Məlumata görə, bombalı basqınlardan biri hərbi hissəyə, o biri isə elektrik mərkəzinə edilib.

Həmin rayonda İsrail-Misir savaşından qalma mina da partlayıb. Hadisə nəticəsində 11 yaşlı bir uşaq ölüb, 3 uşaq isə yaralanıb.

Xatırladaq ki, bu partlayışlar nəticəsində yaralananların sayı 70 nəfərdir.

Qeyd edək ki, terror aksiyalarının məsuliyyətini İŞİD-in Misirdəki qolu öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi