​Misirdə məscid qarşısında partlayış nəticəsində 2 nəfər ölüb

​Misirdə məscid qarşısında partlayış nəticəsində 2 nəfər ölüb Terror aktı nəticəsində 5 nəfər yaralanıb
Digər ölkələr
15 Oktyabr , 2015 08:29
​Misirdə məscid qarşısında partlayış nəticəsində 2 nəfər ölüb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Misirin Şimali Sinay mühafizəsində məscid yaxınlığında törədilən partlayış nəticəsində iki nəfər ölüb, 5 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının məlumatında bildirilib.

Məlumata görə, əldəqayırma bomba Əl-Ariş şəhərində polislər məscid yaxınlığından keçərkən işə düşüb. Bir hərbçi və bir dinc sakin terror aktının qurbanı olub.

Son xəbərlər

Orphus sistemi