​Misirdə İŞİD-in yerli başçısı öldürülüb

​Misirdə İŞİD-in yerli başçısı öldürülüb O, "Sinay yarımadasının ən təhlükəli adamı" sayılırmış
Digər ölkələr
10 İyul , 2016 16:31
​Misirdə İŞİD-in yerli başçısı öldürülüb

Bakı. 10 iyul. REPORT.AZ/MisirinSilahlı Qüvvələrinin Sinayda keçirdiyi antiterror əməliyyatı nəticəsində İŞİD qruplaşmasının yarımadakı başçısı, "Sinay viləyətinin əmiri" Məhəmməd Musa Mühseyn zərərsizləşdirilib.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, "Apachi" tipli helikopterin hücumu nəticəsində "Sinay yarımadasının ən təhlükəli adamı" sayılan M.Mühseyn və onun 3 köməkçisi də öldürülüb.

İnfromasiyaya əsasən, Məhəmməd Musa Mühseyn Misir hərbçilərinə qarşı çoxsaylı terror aksiyaları törədib. Xəbərdə bildirilib ki, onun zərərsizşləşdirilməsinə bir neçə dəfə cəhd edilib.

Son xəbərlər

Orphus sistemi