Misirdə bir ailənin 5 üzvü həlak olub, onlardan üçü uşaqdır

Misirdə bir ailənin 5 üzvü həlak olub, onlardan üçü uşaqdır Hadisə Şimali Sinayda fəaliyyət göstərən "Ənsar Beyt əl-Maqdis" radikal qruplaşması tərəfindən həyata keçirilib
Digər ölkələr
4 Avqust , 2015 20:23
Misirdə bir ailənin 5 üzvü həlak olub, onlardan üçü uşaqdır

Bakı. 4 avqust. REPORT.AZ/ Misirin Şimali Sinay vilayətinin Şeyx əz-Zuveyd şəhərinin yaxınlığında yerləşən yaşayış evinə mərmi düşüb. Hadisə nəticəsində 5 nəfər həlak olub. 

"Report"un verdiyi məlumata görə, bu barədə "Masri əl-Yaum" nəşrinin portalı məlumat yayıb. 

Ölənlər bi ailənin üzvüdür, onlardan üçü uşaqdır. Yerli KİV-lərin məlumatına görə, hadisə Şimali Sinayda fəaliyyət göstərən "Ənsar Beyt əl-Maqdis" radikal qruplaşması tərəfindən həyata keçirilib. 

İsrail və Qəzza sektoru ilə sərhəd olan Şimali Sinayda vəziyyət iyulun 1-də kəskin şəkildə gərgünləşib. Həmin gün radikallar Misir ordusunun mövqelərini atəşə tutublar. Rəsmi məlumata görə, 18 hərbçi həlak olub.  

Son xəbərlər

Orphus sistemi