Misirdə ağır yol qəzası baş verib: - 13 ölü, 4 yaralı

Misirdə ağır yol qəzası baş verib: - 13 ölü, 4 yaralı Ölənlərdən biri 9 yaşlı uşaqdır
Digər ölkələr
28 Avqust , 2016 15:49
Misirdə ağır yol qəzası baş verib: - 13 ölü, 4 yaralı

Bakı. 28 avqust. REPORT.AZ/ Misirdə ağır yol qəzası baş verib. 

"Report"un məlumatına görə, bu barədə "Veto-qeyt" portalı xəbər yayıb.

Məlumata görə, hadisə Qahirə şəhərindən cənubda qeydə alınıb. Mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 13 nəfər ölüb, 4 nəfər yaralanıb. 

Ölənlərdən biri 9 yaşlı uşaqdır.

Misir yol qəzalarındakı ölümlərin sayına görə ərəb ölkələri arasında 16-cı, dünyada isə 109-cu yeri tutur. Ötən il bu ölkədə 6,2 min nəfər yol qəzasında ölüb, 19,3 min nəfər xəsarət alıb.  

Son xəbərlər

Orphus sistemi