​Misirdə 25 İŞİD terrorçusu zərərsizləşdirilib

​Misirdə 25 İŞİD terrorçusu zərərsizləşdirilib Keçirilən reyd zamanı 3 silah-sursat anbarı, partlayıcı maddələrlə dolu 3 maşın aşkarlanıb
Digər ölkələr
5 İyul , 2016 18:11
​Misirdə 25 İŞİD terrorçusu zərərsizləşdirilib

Bakı. 5 iyul. REPORT.AZ/ Misirin Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ölkənin Sinay yarımadasında İŞİD qruplaşmasının mövqelərinə endirdiyi hava zərbələri nəticəsində 25 terrorçu zərərsizləşdirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, yarımadanın cənubundakı Şeyx Zuveyd və qərbində yerləşən Əl-Arişa şəhərlərinə hava zərbələri endirilib.

İnformasiyaya əsasən, ötən axşam təhlükəsizlik orqanlarının yarımadada keçirdiyi reyd zamanı 3 silah-sursat anbarı, partlayıcı maddələrlə dolu 3 maşın aşkarlanıb. Terrorçular həmin avtomobillərlə güc strukturlarına hücum etməyi planlaşdırıb. "AH-64 Apache" və "F-16"ların bombardımanı nəticəsində 50 silahlı yaralanıb.

Son xəbərlər

Orphus sistemi