​Misirdə 188 nəfər ölüm hökmünə məhkum edilib

​Misirdə 188 nəfər ölüm hökmünə məhkum edilib Onlar polis məntəqəsinə silahlı hücumda ittiham olunurlar
Digər ölkələr
2 Dekabr , 2014 23:12
​Misirdə 188 nəfər ölüm hökmünə məhkum edilib

Bakı. 2 dekabr. REPORT.AZ/ Misir məhkəməsi 188 radikal islamçını ölüm hökmünə məhkum edib.

"Report" xəbər verir ki, onların hamısı 14 avqust 2013-cü il tarixində polis məntəqəsinə hücumun təşkilində və onda iştirakda ittiham olunurlar.

Həmin vaxt radikalların Daxili İşlər Nazirliyinin yerli bölməsini qumbaraatanlardan atəşə tutması nəticəsində hüquq-mühafizə orqanlarının 13 əməkdaşı həlak olmuşdu.

Güman olunur ki, yekun qərar 24 yanvar 2015-ci il tarixində qəbul ediləcək.

Son xəbərlər

Orphus sistemi