​Misir prezidenti yeni Süveyş kanalının açılışında iştirak edəcək

​Misir prezidenti yeni Süveyş kanalının açılışında iştirak edəcək Yeni kanal 8 milyard ABŞ dolları dəyərində layihənin həyata keçirilməsi nəticəsində bir ilə qazılıb
Digər ölkələr
6 Avqust , 2015 14:53
​Misir prezidenti yeni Süveyş kanalının açılışında iştirak edəcək

Bakı. 6 avqust. REPORT.AZ/ Cümə axşamı Misirdə yeni 72 kilometrlik Süveyş kanalının açılış mərasimi keçiriləcək. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Mərasimin açılışına şəxsən ölkə prezidenti Abdul Fəttah əl-Sisi start verəcək.

Bununla bağlı Misirə 50 ölkənin nümayəndə heyətinin gəlişi gözlənilir.

Misir və bütün dünya ticarəti üçün tarixi hadisə sayılan yeni kanalın açılışı ilə əlaqdar dəniz və limanlardakı bütün gəmilər fit verəcək.

Yeni kanal 8 milyard ABŞ dolları dəyərində layihənin həyata keçirilməsi nəticəsində bir ilə qazılıb.

Bu kanalın istifadəsi  əvvəllər buradan keçən 49 gəmi əvəzinə gün ərzində 97 gəminin keçməsinə imkan verəcək.

Kanal turizm obyekti olmaqla yanaşı Misir xəzinəsinə valyuta gəlirlərinin əsas mənbəyidir və ölkəyə ildə 5 milyard dollar mənfəət gətirir.

Açılış zamanı təhlükəsizliyi qorumaq üçün 10 mindən artıq hüquq mühafizə orqanı əməkdaşları mərasimə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi