Misir parlamentinə qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi təqdim olunub

Misir parlamentinə qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi təqdim olunub Sənəddə Osmanlı imperiyasında 1915-1922-ci illərdə ermənilərə qarşı "törədilənlər"in "soyqırım" kimi tanınması tələb edilir
Digər ölkələr
26 İyul , 2016 16:08
Misir parlamentinə qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsi təqdim olunub

Bakı. 26 iyul. REPORT.AZ/ Misir parlamentinə qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi təqdim olunub. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, sənəd 337 deputatın imzası ilə ölkə parlamentinin sədri Əli Abdulala təqdim edilib. 

Millət vəkili Mustafa Bəkrinin hazırladığı qanun layihəsində Osmanlı imperiyasında 1915-1922-ci illər arasında erməni xalqına qarşı "törədilənlər"in "soyqırım" kimi tanınması və bu istiqamətdə qərar çıxarılması tələb olunur. Eyni zamanda, sənəddə beynəlxalq ictimaiyyətə də oxşar çağırış olunur. 

Qeyd edək ki, Misir parlamentində qanun layihəsinin qəbul olunması üçün səs çoxluğu zəruridir. Ölkə parlamentində də 596 deputat var və onlardan 380 nəfəri Misir prezidenti Əbdülfəttah əs-Sisiyə yaxın "Misirə dəstək koalisiyası"nın üzvləridir. 

Son xəbərlər

Orphus sistemi