Misir hökuməti Məhəmməd Mursini rəsmən terrorçu elan edib

Misir hökuməti Məhəmməd Mursini rəsmən terrorçu elan edib Qərar 3 il müddətində qüvvədə qalacaq
Digər ölkələr
4 İyul , 2016 20:31
Misir hökuməti Məhəmməd Mursini rəsmən terrorçu elan edib

Bakı. 4 iyul. REPORT.AZ/ Misir hökuməti sabiq prezident Məhəmməd Mursini rəsmən terrorçu elan edib. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Misir Konstitusiya Məhkəməsinin cari ilin aprelində eks-prezidentin adının terrorçular siyahısına salınması haqda qərarı rəsmi qəzetdə dərc olunub. 

Qərar 3 il müddətində qüvvədə qalacaq. 

Bundan əlavə, "Müsəlman qardaşlar" (İhvan) təşkilatı və 34 nəfərin də adı terrorçular siyahısına daxil edilib. 

Qeyd edək ki, M.Mursi 2013-cü il iyulun 3-də Misir prezidenti vəzifəsindən kənarlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi