​Minskdə Ukrayna ilə bağlı danışıqlar daha 5-6 saat davam edəcək

​Minskdə Ukrayna ilə bağlı danışıqlar daha 5-6 saat davam edəcək Çalıy: "Ətraflı nəsə demək hələ tezdir. Düşünürəm ki, bizim hələ 5-6 saatlıq işimiz var"
Digər ölkələr
12 Fevral , 2015 06:35
​Minskdə Ukrayna ilə bağlı danışıqlar daha 5-6 saat davam edəcək

Bakı. 12 fevral. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Minskdə Donbassdakı münaqişənin nizamlanması üzrə aparılan danışıqlar təqribən daha 5-6 saat davam edəcək.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Valeri Çalının "Facebook" səhifəsinə yerləşdirdiyi məlumatda bildirilir.

"Saat 3:30-a (Bakı vaxtı ilə 4:30) olan vəziyyətə görə, Minskdə danışıqlar davam edir. Yeddi saat komandalarla işləmişik. İndi dörd lider formatında (müşavirsiz). Ətraflı nəsə demək hələ tezdir. Düşünürəm ki, bizim hələ 5-6 saatlıq işimiz var. Ən azı. Amma qeyd-şərtsiz atəşkəs haqqında razılaşma olmadan, hesab edirəm, buradan getmək olmaz", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi