Minsk: Belarus ərazisində Rusiya hərbi bazasının yerləşdiriməsi mənasızdır

Minsk: Belarus ərazisində Rusiya hərbi bazasının yerləşdiriməsi mənasızdır Belarusun XİN başçısı bildirib ki, "hazırda daha təcili müzakirələr tələb edən hadisələr cərəyan edir"
Digər ölkələr
28 Oktyabr , 2015 01:10
Minsk: Belarus ərazisində Rusiya hərbi bazasının yerləşdiriməsi mənasızdır

Bakı. 28 oktyabr. REPORT.AZ/ Rəsmi Minsk hesab edir ki, hazırki şəraitdə ölkə ərazisində Rusiyaya məxsus hərbi bazanın yaradılması mənasızdır.

"Report"un "Kommersant" qəzetinə istinadən verdiyi xəbərə görə, Belarusun XİN başçısı Vladimir Mikey bildirib ki, "hazırda daha təcili müzakirələr tələb edən hadisələr cərəyan edir".

Ukrayna böhranı və Suriyadaki vəziyyəti buna misal olaraq gətirən nazir: "Xarici hərbi bazanın yerləşdirilməsi təklifi danışıqlar predmeti olmamalıdır", - deyə vurğulayıb.

Qeyd edək ki, Belarusun Müdafiə Naziri Andrey Ravkov da daha öncə eyni fikirləri səsləndirmişdi.

Son xəbərlər

Orphus sistemi