Minlərlə yapon yeraltı təkanlar təhlükəsinə görə evlərini tərk edir

Minlərlə yapon yeraltı təkanlar təhlükəsinə görə evlərini tərk edir Yaponiya Meteorologiya Agentliyi qarşıdakı günlərdə yeni yeraltı təkanların gözlənilməsiylə bağlı əhaliyə xəbərdarlıq edib
Digər ölkələr
18 Aprel , 2016 08:42
Minlərlə yapon yeraltı təkanlar təhlükəsinə görə evlərini tərk edir

Bakı. 18 aprel. REPORT.AZ/ Yaponiya hökuməti yeni yeraltı təkanlar təhlükəsinin olmasına görə təxminən 250 min əhalini evakuasiya edir.

"Report" BBC-yə istinadən xəbər verir ki, rəsmilər ötən həftə ölkənin cənub-qərbində yerləşən Küsü adasında baş vermiş və ən azı 42 nəfərin ölümünə səbəb olmuş iki güclü zəlzələdən sonra belə addım atıb.

Yaponiya Meteorologiya Agentliyi qarşıdakı günlərdə yeni yeraltı təkanların gözlənilməsiylə bağlı əhaliyə xəbərdarlıq edib.

Qeyd edək ki, Yaponiyada baş vermiş son zəlzələlər nəticəsində mindən çox adam zərər çəkib, çoxlu sayda binalar, yollar və körpülər dağılıb.

Ən azı 11 nəfərin itkin düşdüyü bildirilir. Onların bəziləri çox güman, şənbə günü baş vermiş ikinci zəlzələdən sonra uçqunlar altında qalıb.

Son xəbərlər

Orphus sistemi