Minlərlə miqrant Macarıstandan Avstriyaya çatıb

Minlərlə miqrant Macarıstandan Avstriyaya çatıb Miqrantları Avstriya sərhədinə çatdıran avtobuslar yeni qrup adamları gətirmək üçün geri qayıdır
Digər ölkələr
5 Sentyabr , 2015 18:27
Minlərlə miqrant Macarıstandan Avstriyaya çatıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Macarıstandan avtobusla yola düşən minlərlə miqrant Avstriyaya gəlib. "Report" BBC-yə istinadən xəbər verir ki, Avstriya polisi gün ərzində gələnlərin sayının ikiqat artacağını gözləyir.

Miqrantların qeydiyyata alınmasını tələb edən Macarıstan hakimiyyəti bir neçə gün ərzində Budapeştdəki Keleti dəmiryolu stansiyası qarşısında toplaşan miqrantların başqa Aİ ölkələrinə getməsinə icazə vermirdi.

Dublin razılaşmasına görə miqrantlar ilk gəldikləri ölkədə qeydiyyatdan keçməlidirlər. Hərçənd ki, sığınacaq üçün Almaniyanı seçən miqrantların əksəriyyəti Macarıstanı tərk etməyə çalışırlar.

Cümə axşamı polis Budapeştdə dəmiryolu stansiyası qarşısında gözləyən miqrantlara qatarlara minməyə icazə versə də, sonradan onları paytaxtın qərbindəki qaçqın düşərgəsinə yerləşdirmək istəyib.

Buna etiraz edənlər Avstriya istiqamətində yeriməyə başlayıblar. Bir qədər sonra onlara avtobuslar ayrılıb.

Miqrantları Avstriya sərhədinə çatdıran avtobuslar yeni qrup adamları gətirmək üçün geri qayıdır.

Avstriyanın federal kansleri almaniyalı həmkarı ilə danışıqlardan sonra miqrantlara Avstriya üzərindən Almaniyaya keçməyə icazə verildiyini deyib. Werner Faymann bu barədə öz Facebook səhifəsində bildirir.

Son xəbərlər

Orphus sistemi