Bakı. 7 oktyabr. REPORT.AZ/ Ukraynaya qazın satılması ilə bağlı Brüsseldə imzalanan müqavilələr Kiyevin qışda qaz tədarükünə görə ödənişlərin necə edəcəyinə tam aydınlıq gətirmir.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Qazprom"un rəhbəri Aleksey Miller bildirib.
O qeyd edib ki, Rusiya qaz ixracına görə qabaqcadan ödənişi hələ almayıb, halbuki, Moskva tərəfindən bütün lazımi sənədlər hazırlanaraq imzalanıb.
"Ukraynaya qaz təchizatı yalnız əvvəlcədən avans ödənildikdən sonra həyata keçiriləcək. Sentyabrın sonunda Brüsseldə imzalanan üçtərəfli saziş, Ukraynanın qışda qaz tədarükünə görə ödənişlərin necə edəcəyinə tam aydınlıq gətirmir", - Miller "Rusiya 24" telekanalına müsahibəsində bildirib.