​Məsud Barzani kürd döyüşçülərinin ələ keçirdiyi ərazini ziyarət edib

​Məsud Barzani kürd döyüşçülərinin ələ keçirdiyi ərazini ziyarət edib 32 yük maşını ilə humanitar yardım İraq kürdləri tərəfindən dağdakı yezidilərə göndərilib
Digər ölkələr
22 Dekabr , 2014 03:31
​Məsud Barzani kürd döyüşçülərinin ələ keçirdiyi ərazini ziyarət edib

Bakı. 22 dekabr. REPORT.AZ/ İraqın kürd lideri Məsud Barzani peşmərgələrin İslam dövləti qrupunu məğlub edərək ələ keçirdikləri Sincar dağlıq ərazisini ziyarət edib.

"Report" Amerikanın Səsinə istinadla xəbər verir ki, İraqın Kürdüstan muxtar respublikasının prezidenti bildirib ki, Peşmərgə döyüşçüləri minlərlə yezidinin sığındıqları Sincar dağına gedən bütün yolların nəzarətini ələ keçirib.

O, çıxışında kürd qüvvələrinin İslam Dövləti qrupu döyüşçülərinə yenidən ərazini ələ keçirməyə yol verməyəcəyini əlavə edib.

Şənbə günü ABŞ-ın başçılığındakı hava qüvvələrinin köməyi ilə Peşmərgə döyüşçüləri Sincar dağının şimal hissəsini azad edib və Sincar qəsəbəsi istiqamətində cənubdan hücuma keçərək Tal Afar şəhərini mühasirəyə alıb.

32 yük maşını ilə humanitar yardım İraq kürdləri tərəfindən dağdakı yezidilərə göndərilib.

İslam Dövləti qrupunun döyüşçüləri təxminən İraqın üçdə birini bu ilin əvvəlində ələ keçirərək regionda xaos yaradıb.

Son xəbərlər

Orphus sistemi