Məsud Barzani: "İki il ərzində Kürdüstan müstəqil olacaq"

Məsud Barzani: "İki il ərzində Kürdüstan müstəqil olacaq" Kürdüstan Yurdsevərlər Birliyi İraqın şimalındakı yerli hökumətin başçısını tənqid edib
Digər ölkələr
16 İyun , 2015 17:43
Məsud Barzani: İki il ərzində Kürdüstan müstəqil olacaq

Bakı. 16 iyun. REPORT.AZ/ "İki il ərzində Kürdüstan müstəqil olacaq".

"Report" "CNNTurk"ə istinadən xəbər verir ki, bunu İraqın şimalındakı yerli hökumətin başçısı Məsud Barzani bildirib.

O deyib ki, Kürdüstan Demokratik Partiyasının sədri, İraq yerli ərazi idarəetməsinə yenidən prezident seçilərsə, iki il ərzində "Kürdüstan"nın müstəqilliyini elan edəcək.

Məsud Barzaniyə müxalifət sayılan Kürdüstan Yurdsevərlər Birliyi (KYB) isə prezident seçkisinin bu il avqustun 20-də keçiriləcəyindən xəbərsiz olduğunu açıqlayıb. Birlik buna görə Məsud Barzanini tənqid edib.

Qurumun siyasi bürosunun sözçüsü İmad Əhməd məsələ ilə bağlı bunları deyib: "Barzaninin seçkinin keçirilməsi tarixi ilə bağlı qərarı bizim üçün gözlənilməzdir".

Qeyd edək ki, hökumətə müxalif təşkilatlar İraqın şimalındakı bölgədə prezidentlik üsul-idarəsinin yerli parlament tərəfindən müəyyənləşməsini istəyirlər. Onlar bildirib ki, yerli hökumət də parlament tərəfindən vəzifəyə gətirilməli və nazirlərin səlahiyyətini də bu qurum məhdudlaşdırmalıdır. 

Hazırda bölgəyə rəhbərlik edən Məsud Barzaninin səlahiyyət müddəti 2013-cü ildə başa çatıb. Amma İraqda terrorçu qrup olan İŞİD-lə toqquşmalar genişləndiyinə görə seçkilər iki ildir təxirə salınır. 

Son xəbərlər

Orphus sistemi