MERS virusundan ölənlərin sayı 33 nəfərə çatıb

MERS virusundan ölənlərin sayı 33 nəfərə çatıb Həmçinin 182 nəfərin bu xəstəliyə yoluxduğu bildirilir
Digər ölkələr
30 İyun , 2015 07:27
MERS virusundan ölənlərin sayı 33 nəfərə çatıb

Bakı. 30 İyun. REPORT.AZ/ Cənubi Koreyanın Səhiyyə Nazirliyi Yaxın Şərq respirator sindromuna (MERS) yoluxmadan daha bir nəfərin öldüyünü xəbər verib.

"Report" RİA "Novosti"yə istinadən məlumat verir ki, beləliklə, virus qurbanlarının ümumi sayı 33 nəfərə çatıb.

Həmçinin 182 nəfərin bu xəstəliyə yoluxduğu bildirilir.

Qeyd edək ki, MERS virusuna qarşı vaksin hazırlanmaytıb. Bu xəstəlik xüsusi ilə immuniteti zəif olan insanları hədəf alır.

Son xəbərlər

Orphus sistemi