İtaliyanın mərkəzində güclü zəlzələ baş verib, ölənlər var - YENİLƏNİB

İtaliyanın mərkəzində güclü zəlzələ baş verib, ölənlər var - YENİLƏNİB Amatriçe şəhərində ciddi dağıntılar müşahidə olunur
Digər ölkələr
24 Avqust , 2016 08:25
İtaliyanın mərkəzində güclü zəlzələ baş verib, ölənlər var - YENİLƏNİB

Bakı. 24 avqust. REPORT.AZ/ İtaliyanın mərkəzi hissəsində yerləşən Amatriçe şəhərində qeydə alınan 6,2 bal zəlzələ nəticəsində ilkin məlumatlara görə 2 nəfər həyatını itirib.

"Report"un məlumatına görə, şəhər meri Sercio Pirotssi televiziya vasitəsi ilə çıxış edərək bildirib ki, şəhər binalarına ciddi ziyan dəyib, dağıntılar altında insanlar ola bilərlər.

"Baxın, bəzi binalar tamamilə dağılıb, biz ümid edirik ki, yardım alacağıq", - deyə o bildirib.

Merin sözlərinə görə, dağılmış binaların altında qala bilən insanlara çatmaq üçün şəhərə ağır texnika lazımdır.

***06:14

İtaliyanın mərkəzində yerləşən Latsio və Umbriya vilayətlərinin sərhədində, Terni şəhəri ərazisində 6,3 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Onun məlumatına görə, yeraltı təkanların episentri Askoli-Piçeno şəhərindən qərbdə yerin təqribən 24 km-də və L'Akuila şəhərindən şimalda 50 km. dərinlikdə qeydə alınıb.

Zəlzələnin ocağı 2 km. dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi