Merkel: Qərbin diplomatik səylərinə baxmayaraq Suriyada sülhə nail olunmayıb

Merkel: Qərbin diplomatik səylərinə baxmayaraq Suriyada sülhə nail olunmayıb Almaniyanın kansleri Avropa Parlamentində çıxış edib.
Digər ölkələr
7 Oktyabr , 2015 21:45
Merkel: Qərbin diplomatik səylərinə baxmayaraq Suriyada sülhə nail olunmayıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Almaniyanın kansleri Anqela Merkel bildirib ki, Qərb diplomatlarının bütün səylərinə baxmayaraq Suriyada sülhə nail olmaq mümkün olmayıb.

“Report”un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Avropa Parlamentində çıxış edən Merkel Suriyada münaqişənin həlli üçün “beynəlxalq və regional qüvvələrin iştirakı ilə yeni siyasi prosesin” başladılmasını təklif edib.

Kansler, “Diplomatik səylər hələ ki sülhlə nəticələnməyib. Münaqişənin həlli prosesinə əhəmiyyətli beynəlxalq oyunçular da qatılmalıdır”, - deyə vurğulayıb.

Son xəbərlər

Orphus sistemi