​Mərakeşdə 40-a yaxın uşaq qəzada yanaraq ölüb

​Mərakeşdə 40-a yaxın uşaq qəzada yanaraq ölüb Avtobusda 50-yə yaxın uşaq olduğu bildirilir və ölü sayının artacağı istisna edilmir
Digər ölkələr
10 Aprel , 2015 19:09
​Mərakeşdə 40-a yaxın uşaq qəzada yanaraq ölüb

Bakı. 10 aprel. REPORT.AZ/ Mərakeşin Tan Tan bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, nəticədə 40-a yaxın uşaq yanaraq ölüb.

Məlumatda ölən şəxslərin 11-14 yaşlılar arasında təşkil edilən bir turnirdən qayıdan idmançılar olduğu açıqlanıb. Qəza idmançıları aparan avtobusun tez alışan maddə daşıyan bir yük maşını ilə toqquşması nəticəsində baş verib. Avtobusda 50-yə yaxın uşaq olduğu bildirilir və ölü sayının artacağı istisna edilmir.

Son xəbərlər

Orphus sistemi